UNEC İqtisadi Forumu, Bakı 2021
- - Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
- - Qlobal iqtisadi artım üçün əsas problemlər;
- - Yüksək texnologiyalı istehsal ekosistemi;
- - İqtisadiyyatın rəqəmsal transformasiyası;
- - Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
- - Sosial təminat;
- - Biznes;
- - Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
- - Pandemiya sonrası biznesin transformasiyası;
- - Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;
Forumun Gündəliyi
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət

Forum artıq başlayıb!
Nobel mükafatı laureatı Aziz Sancarın alimlərlə görüşü
Görüşdə Nobel mükafatı laureatı Aziz Sancar öz təcrübələrini alimlərlə bölüşəcək. Elm adamı olmaq yolunda hansı mərhələlərdən keçməli, yaxşı bir tədqiqatçı olmaq üçün nələrə sahib olmalı və s. bu kimi məlumatları auditoriya ilə paylaşacaq.

Panel 1
Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar
Panelin spikerləri Azərbaycanın 30 illik müstəqllik dövründə keçdiyi inkişaf yolundan və Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı planları müzakirə edəcəklər. Ölkənin inkişaf strategiyasına qlobal trendlərin və yerli faktorların təsirlərindən danışılacaq və mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallara cavab veriləcəkdir.

Ədalət Muradov
Forumun sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru

Neman Muradlı - Moderator
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru

Qrzeqorz Vitold Kołodko
Kozminiski Universitetinin professoru (Polşa)

Massimiliano Castelli
UBS Bankının Strategiya departamentinin rəhbəri (İsveçrə)

Gianvito Lanzolla
Bayes Biznes Məktəbinin Strategiya və rəqəmsal transformasiya üzrə professoru (Birləşmiş Krallıq)

Yermolai Solzhenitsyn
McKinsey & Company-in Moskvadakı baş tərəfdaşı (Rusiya)
Alim və tədqiqatçıların iqtisadçı Grzegorz W. Kolodko ilə görüşü
Polşanın Maliyyə naziri postunda çalışmış, iqtisadçı, professor Grzegorz W. Kolodko alim və tədqiqatçılarla keçirəcəyi bu görüşdə tədqiqat sahəsində qazandığı uğurları auditoriya ilə bölüşəcək. Professor Kolokdo sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandıracaqdır.

Panel 2
Post-pandemiya dövründə elm və təhsil
COVID-19 pandemiyası dövründə ən çox təsirlənmiş sahələrdən biri olan təhsil sahəsinin post-pandemiya dövründəki vəziyyəti hər kəsi maraqlandıran əsas məsələlərdəndir. Panelin spikerləri bu paneldə post-pandemiya dövründə elm və təhsilin vəziyyətini təhlil edəcək və auditoriyanın suallarını cavablandıracaqlar.

Ədalət Muradov - Moderator
Forumun sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru

Emin Əmrullayev
Azərbaycan Respublikasının Təhsil Naziri

Aziz Sancar
Nobel mükafatı laureatı, professor (ABŞ)
.jpg)
Erol Özvar
YÖK rəhbəri (Türkiyə)

Məsud Əfəndiyev
Helmholtz Zentrum München Tədqiqat İnstitutunun professoru (Almaniya)
Isak Froumin
"Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Təhsil İnstitutunun direktoru (Rusiya)
Media brifinqi, kitab təqdimatı, rəsmi müqavilələrin imzalanması

Gənc tədqiqatçıların və Tədqiqat Mərkəzlərinin rəhbərlərinin «SPRINGER» nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Christian Rauscher ilə görüşü
Son illərdə tədqiqatçıların müxtəlif indeksli jurnallarda məqalələrinin çap olunması geniş vüsət almışdır. «SPRINGER» nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Christian Rauscher gənc tədqiqatçılar və tədqiqat mərkəzlərinin rəhbərləri ilə fikir mübadiləsi aparacağı bu görüşdə mövzu ətrafında geniş müzakirələr aparılacaq, qaranlıq məqamlara cənab Rauscher tərəfindən aydınlıq gətiriləcəkdir.

Panel 3
İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar
Rəqəmsallaşan dünyamızda iqtisadiyatın rəqəmsal transformasiyası məsələləri son dərəcə diqqət mərkəzindədir. Panelin spikerləri bu mövzu ətrafında yeni çağırışlar və yeni imkanları müzakirə edəcək, auditoriyanı maraqlandıran suallar cavablandırılacaqdır.

Dr. Harel Menashri - Moderator
Holon Texnologiya İnstitutunun kiber şöbəsinin rəhbəri (İsrail)

Rəşad Nəbiyev
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri

Danil Kerimi
Edgelands İnstitutunun həmtəsisçisi, baş əməliyyat direktoru (Kanada)

Lutfihak Alpkan
Türkiyə Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini (Türkiyə)

Qaret Key
BP plc.-nin Sistem Arxitekturası üzrə rəhbəri
BAKI ŞƏHƏR TURU

Panel 4
Post-pandemiya dövründə biznes transformasiyası
COVID-19 pandemiyası ilə mübarizə müddətində ən çox zərər görmüş biznes subyektləri olmuşdur. Panelin spikerləri post-pandemiya dövründə biznesin transformasiyası modellərini ətraflı şəkildə müzakirə edəcək və auditoriyanı maraqlandıran suallara cavab verəcəklər.

George Held - Moderator
Veon şirkətinin Rəqəmsal və Yeni Biznesin İnkişafı üzrə vitse-prezidenti (Rusiya)

Orxan Məmmədov
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

Cəlal Qasımov
Paşa Holdinq-in baş icraçı direktoru
.jpg)
Məhəmməd Yunus
Nobel mükafatı laureatı, professor (Banqladeş)

Bəxtiyar Aslanbəyli
Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident
Media brifinqi, kitab təqdimatı, rəsmi müqavilələrin imzalanması

Panel 5
Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya
İşğaldan azad olunmuş Qarabağ torpaqlarına planlaşdırılmış böyük qayıdış panelin spikerləri tərəfindən geniş şəkildə müzakirə ediləcək. Qarabağda dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiyanın və yaradılacaq infrastrukturun əhəmiyyəti məsələlərinə toxunularaq bu mövzuda auditoriyanı maraqlandıran suallara cavab veriləcəkdir.

Rəhman Hacıyev - Moderator
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin Sədri

İnam Kərimov
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Muxtar Babayev
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

Camal Yangın
ATİB-in İdarə heyətinin sədri

Təbriz Əmmayev
Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri
Nobel mükafatı laureatı Aziz Sancarın 75 illik yubileyinə həsr olunmuş ziyafət

Qarabağa səfər
44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun düşmən tapdağından azad etdiyi Qarabağa səfərin təşkili
Səfər zamanı iştirakçılara Qarabağ və onun iqtisadi potensialı haqqında geniş məlumatlar veriləcəkdir.
Qarabağa səfər proqramı ayrıca hazırlanacaqdır

